Sağlamlıq

Qocalmamaq üçün nə qədər çiyələk yeməlisiniz?

22 May 2024 07:59
Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çiyələk çox yeyən insanlar vaxtından tez qocalmır və Alsheymer riski də azalır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, çiyələk ən faydalı 10 giləmeyvə içində ön yerdədir.

Terapevt, biotexnoloq Tatyana Solnçeva çiyələyin anti-age təsirindən danışıb:

"Çiyələkdə C vitamini, krem, kalium, kobalt var. Bunlar gənclik elementləridir. Eləcə də onda olan mikronutrientlər gözəllik və gənclik mənbəyidir. 100 qram çiyələkdə olan C vitamini kollagenin sintezində iştirak edir, dəri və oynaqların ömrünü uzadır.

100 qr çiyələkdə olan kremniy 3 sutka normanı təmin edir, oynaq, toxuma birləşdirici toxumaları bərkidir, dırnaq və saçları yaxşılaşdırır, dərini elastik edir. Eləcə də kalsium, fosfor, maqniy və s. mənimsənilməsini təmin edir.
Çiyələkdə polifenol, antosianlar kimi antioksindantlar var.

Məhz bunlar meyvəyə əlvan qırmızı rəng verir. Ona görə çiyələk nə qədər şux rəngdədirsə, o qədər faydalıdır. Çiyələkdə olan orqanik turşular maddələr mübadiləsi və immun sistem üçün vacibdir. Gündəlik 100-150 qram çiyələk normadır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.