İdman

“İnter”də Mourinyo səsləri

7 Fevral 2019 16:11
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son olaraq "Mançester Yunayted"i çalışdıran Joze Mourinyo "İnter"də baş məşqçi postuna gətirilə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, hazırda işsiz olan portuqaliyalı mütəxəssis, bu vəzifədə Luçano Spalettini əvəzləyə bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə Mourinyonun "İnter"in icraçı direktou Cüzeppe Marotta ilə görüşəcəyi bildirilib.

Bir müddət əvəl İtaliya mətbuatı komandanın uğursuz çıxışı səbəbindən baş məşqçi Spalettinin vəzifəsindən göndəriləcəyini iddia edirdi.

"İnter"i 2008-2010-cu illər aralığında çalışdıran Mourinyo, A Seriyası təmsilçisiylə Çempionlar Liqasının qalibi olub. Daha sonra "Real", "Çelsi" və "Mançester Yunayted"i çalışdıran mütəxəssis, 2018-ci ilin dekabrından işsizdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.