İdman

"Keşlə" Kamran Ağayevə görə cəzalandı

18 Dekabr 2018 14:31
Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

"Zirə" - "Səbail" matçının 33-cü dəqiqəsində qonaqların futbolçusu Tome Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

"Neftçi" - "Sumqayıt" matçının 88-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Bundan başqa, oyunun birinci hissəsi başa çatdıqdan sonra "Sumqayıt"ın məşqiçisi Elnur Çodarov və "Neftçi"nin inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozublar. Bu səbəbdən texniki zonadan kənarlaşdırılan şəxslər 1 oyun cəzalanıb, hər iki klub 800 manat cərimə olunub.

"Qarabağ" - "Keşlə" matçı başa çatdıqdan sonra qonaq komandanın qapıçısı futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.