İdman

Dünya çempionatında daha 3 medal - 1 qızıl, 2 gümüş

19 Oktyabr 2018 14:35
1 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir.

Milli.A sport24.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.

Qeyd edək ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında çempion olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.