Ölkə

Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

10 May 2024 10:38
Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə şiddətlənəcək.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərək yerini orta geomaqnit qasırğasına verəcək.

Axşam saat 21:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri daha da artacaq və şiddətli geomaqnit qasırğasına çevriləcək.

Mayın 10-dan 11-nə keçən gecə geomaqnit qasırğası şiddətlənərək ən yüksək həddə çatacaq - 8. Belə geomaqnit dalğalarına ekstremal fırtına deyilir ki, bu da ən güclü hesab olunur. Qasırğa tədricən zəifləsə də, səhər saat 6-da özünün orta həddinə çatacaq. Günorta 12-dən sonra bir qədər də azalan maqnit dalğaları axşama doğru kiçik pozuntular olaraq qalacaq.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.