İran

Müvəqqəti İran prezidentindən ilk açıqlama

20 May 2024 19:20
Baxış: 2 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra vəzifəsini müvəqqəti icra edən Məhəmməd Möhbər açıqlama verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Möhbər bu gün kabinetin iclasında Rəisinin ölümünə səbəb olan helikopter qəzası barədə danışıb.

"Baş verən hadisə dövlət, millət və ölkənin dini rəhbəri (Əli Xamenei) üçün çox ağırdır. Amma bu mühüm hadisə liderin (Xamenei) rəhbərliyi altında idarəçilikdə heç bir boşluq yaratmayacaq. Xalq bundan əmin olsun",- deyə qeyd edib.

Həmçinin, dövlət rəsmilərinə müraciət edən Möhbər bildirib ki, onlar heç bir halda öz vəzifələrini yerinə yetirərkən kədərə qapılmamalıdırlar. 
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.