Ölkə

Gəncədə ticarət mərkəzində itkin düşən azyaşlı tapıldı - YENİLƏNİB

10 May 2024 10:40
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:40

Gəncədə itkin düşən azyaşlı qız tapılıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupun baş inspektoru Eşqin Qasımov bildirilib. Onun sözlərinə görə, Gəncə ŞBPİ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

---------
10:08


Gəncədə ticarət mərkəzində azyaşlı itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Günel Məsimova polisə müraciət edərək, qızı 2016-cı il təvəllüdlü Bayramlı Sevinc Samir qızının ticarət üçün getdikləri "Grand Qafqaz" ticarət mərkəzi ərazisində naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.