Ölkə

Şuşada seysmoloji stansiya quruldu

10 May 2024 10:51
Baxış: 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi qalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib.

"Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacayıq. Əhali köçdükcə orada işlə təmin olunacaq", - o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.