"Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır" - Mərhum sənətkarın oğlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Aktyor var ki, Xalq artistidir, oynadığı rolların sayı-hesabı yoxdur, amma yaddaşlarda qalmayıb. Aktyor da var ki, bir rolu ilə tanınıb və bu gün də sevilir. Mənim atam da həmin aktyorlardan olub. Baxmayaraq ki, uzun müddət teatrda fəaliyyət göstərib, amma "Bəyin oğurlanması" filmindəki Ələsgər rolu ilə bu gün də tamaşaçılara xatırlanır. Halbuki o filmdə də epizodda oynayıb. O, elə bir sənətkar olub ki, rolları onu hər zaman yaşadıb və yaşadacaq. Adı hər zaman mənə dayaq olub, köməyimə gəlib".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, mərhum sənətkar Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.
Aktyorun oğlu deyir ki, atası insanlarla daim sıx əlaqədə olub.
"İnanın, biz şəhərə çıxanda hamı gəlib başına yığışırdı. Hər kəs onu sevdiyini bildirib, şəkil çəkdirirdi. Xalqın içərisində olan adam idi. Xəstəliyi ilə bağlı onu İrana müalicəyə aparmışdıq. Bir də gördük ki, otelin qarşısında nə qədər sevənləri gəlib. Eşidiblər ki, Ələsgər Məmmədoğlu İrandadır, sevinərək otelə gəliblər. "Bəyin oğurlanması" filmindəki "Ay Ələsgər" səsini maşınlara siqnal əvəzi qoymuşdular. Bilirdilər ki, harada yaşayır, binamızın qarşısından keçəndə bilərəkdən həmin siqnalı səsləndirirdilər. Bir dəfə də taksiyə minib. Sürücü həmin siqnalı verib. Atam irad tutub ki, niyə qəfil siqnalı verib, insanları qorxudursuz? Sürücü deyib ki, mən o siqnala 300 manat pul vermişəm. Atam zarafatca deyib ki, mənə 150 manat verərdiniz sizin üçün deyərdim də", - deyə sənətkarın oğlu bildirib.
Ceyhun Məmmədov deyir ki, atası üçün heç vaxt rolun böyüyü-kiçiyi olmayıb.
"O illərdə bilirsiniz ki, tanınmaq, sevilmək çətin idi. Çünki hər biri peşəkar sənətkarlar idi. Onların içərisində baş çıxarmaq müşkül məsələ idi. Amma atam bunu bacarmışdı. Həmişə deyirdi ki, sənətimi təmənnasız sevirəm, hətta pul verməsələr belə, səhnəyə çıxıb oynayaram. Fəaliyyəti boyu daha çox epizodik rollar oynamasına baxmayaraq heç vaxt şikayət etməzdi. Hətta şükür edirdi. Onun son videosu var, gəlib teatrda dostları ilə görüşür. Sanki ürəyinə dammışdı ki, o, sonuncu dəfə onları görür. Sənət yoldaşlarından biri ondan soruşur ki, nə demək istərdin dostlarına? Deyir ki, çalışın xəstələnməyin, sağlam olun. Biz onun həmin görüntüsünə baxa bilmirik", - deyə sənətkarın oğlu bildirib.
Ceyhun Məmmədov atasının arzularından da danışıb.
"Həmişə deyirdi ki, kaş sənin toyunu görərdim. Biz övladlarından nigaran getdi. Xəstə olanda da ona demədik ki, xəstəsən. Xəstəliyini ondan gizlətdik, amma hiss edirdi. Hər şey 40 günün içində oldu. Həmişə soruşurdu ki, sağalacağam? Deyirdik ki, hə, 40 günə sağalacaqsan. İrana apardıq onu, orada da dedilər ki, artıq gecdir. Ölümündən 6 ay əvvəl müayinədən keçmişdi, hər şey yaxşı idi. Bu, bizə hələ də qaranlıq qalır. Danışa-danışa, gülə-gülə keçindi", - deyə sənətkarın oğlu bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





