İdman

Okan Burukun yeni iş yeri müəyyənləşdi

20 Sentyabr 2018 12:12
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Rizəspor" klubuna yeni baş məşqçi təyin olunub.

Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisinin rəhbərliyi baş məşqçi postuna Okan Buruku gətirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Okan Buruk baş məşqçi postunda bir həftə öncə istefaya göndərilmiş İbrahim Üzülməzi əvəz edib.

Qeyd edək ki, Burukun son iş yeri "Akhisarspor" olub. O, Akhisar təmsilçisinə tarixində ilk dəfə Türkiyə kubokunu qazandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.