İtaliyada yaşayan türk jurnalist tarixi uğura imza atdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illər İtaliyada yaşayan, eyni zamanda çox sayda media qurumunda təmsil olunan türk jurnalist, həmçinin İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Keşaplı, Maltanın önəmli və köklü komandası "Sliema Wanderers" futbol klubunda məsul vəzifəyə təyin olunub.
25 ildən çox uğurlu jurnalist karyerasında çoxsaylı önəmli və özəl xəbərlərə imza atmasıyla tanınan Keşaplı "Sliema Wanderers" klubunun mətbuat və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edəcək. Keşaplı bununla yanaşı klubun UEFA ilə əlaqələlərini həyata keçirəcək. Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk türkdür. "Sliema Wanderers" klubunun prezidenti Keith Perry, Keşaplı ilə anlaşmış olmaları ilə bağlı "sizinlə burada birlikdə işbirliyi həyata keçirib, çalışmaq mənim üçün qürurvericidir. Sizin təcrübələrinizlə birlikdə "Sliema Wanderers"ın daha da irəli gedəcəyini düşünürəm", - deyə bildirib.
Jurnalist Keşaplı da ona həvalə edilən vəzifəyə görə, məmnunluq duyduğunu bildirərək, "gözəl bir işbirliyi olacaq. Bir ailə kimi olacağımızı düşünürəm. Bu vəzifəni də çox yaxşı formada yerinə yetirərək, klubu beynəlxalq və hər cür rəsmi tədbirlərdə uğurla təmsil edəcəyəm", - deyə vurğulayıb.
İmza törənində "Sliema Wanderers"in prezidenti Perry ilə birliktə klubun baş direktoru sabiq italyan futbolçu Gianfranco Guazzoli də iştirak edib.
Xatırladaq ki, Dündar Keşaplı İtailya idman tarixində bir ilkə imza ataraq, 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyəti üzvlüyündə seçilmişdi. Bu gün hal hazırda idarə heyətinin xarici əlaqələr vəzifəsini icra etməklə yanaşı, Keşaplı nüfuzlu SKYTG24 və TGCOM24 xəbər kanallarında şərhçi kimi çıxış edir. O, həmçinin hazırda Türkiyənin TRT Spor və A spor kanallarının İtaliya təmsilçisidir.
Əli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
-
“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)
-
Mourinyo Flikə qarşı
-
Astarada ağır qəza - xəsarət alan var
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Messi yenidən Argentinada oynayacaq
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
Yeni qaydalar ətin qiymətini bahalaşdıracaq? - Ekspertdən açıqlama
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)





