İdman

Almaniyalı cüdoçu: "Yenidən dünya çempionu olmağa çalışacağam"

18 Sentyabr 2018 12:31
0 Şərh     Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya çempionatının startını səbrsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm.

Milli.Az xəbər verir ki, bunu Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkarlamağa çalışacağını söyləyib.

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində yerli cüdoçu yer almayacaq. 

Qeyd edək ki, Aleksandr Viçerzak "Bakı 2015" I Avropa Oyunlarının bürünc medalçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.