İdman

Portuqaliyalı futbolçu 11 ildən sonra vətəninə döndü

18 İyul 2018 14:24
0 Şərh     Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir vaxtlar "Beşiktaş"ın əsas qol silahı hesab olunan Huqo Almeyda özünə yenə iş yeri tapıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran hücumçu yeni mövsümdən Portuqaliyanın ikinci Liqasında mübarizə aparan "Akademika"nın şərəfini qoruyacaq. Bununla da Almeyda 11 illik fasilədən sonra vətəninə dönüb. "Porto"nun yetirməsi olan forvard 2007-ci ildə bu klubdan Werder-ə transfer edilmişdi. 34 yaşlı futbolçu son olaraq Xorvatiyanın Hajduk (Split) klubunun şərəfini qoruyurdu.

2011-2014-cü illər aralığında "Beşiktaş"da çıxış edən Almeyda Türkiyədən ayrldıqdan sonra "Cesena", "Kuban" (Krasnodar), "Anji", "Hannover" və "AEK"də də oynamağa imkan tapıb. Portuqaliya millisində 57 oyuna çıxan təcrübəli futbolçu 19 qola imza atıb. O, geridə qalan mövsümdə Hajduk-la 19 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.