Sağlamlıq

Bu xəstəliyi qəti görməzdən gəlməyin: qadınlara daha çox təsir edir

11 May 2025 17:00
Baxış: 1 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya üzrə 300 milyondan çox insana təsir edən astma xəstəliyi qadınlarda niyə daha çox müşahidə olunur?

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, genetik meyllilikdən tutmuş allerqik quruluşa qədər bir çox səbəbi Sinə Xəstəlikləri üzrə mütəxəssis Dr. Didem Özkan izah edib.

Dünya Astma günü münasibətilə açıqlama verən həkim astmanın qısa tərifini belə verib:

"Astma tənəffüs yollarında iltihab və daralma ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu dəyişikliklər nəfəs darlığına səbəb olaraq insanın gündəlik həyatını mənfi təsir edir".

Astma​nın səbəbləri nələrdir?

Dr. Özkan qeyd edib ki, astma genetik və ətraf mühit faktorlarının birlikdə təsiri ilə yaranır.

Bu səbəblər arasında:

Genetik meyllilik

Allergenlərə məruz qalma

Siqaret tüstüsünə uzunmüddətli məruz qalma

Körpəlik və erkən uşaqlıq dövründə tənəffüs yolu infeksiyaları

Hava çirkliliyi

Toz və kimyəvi maddələrlə iş əlaqəli təmas

Piylənmə

Aşırı fiziki fəaliyyət

Stress

Soyuq hava

Reflü xəstəliyi

yer alır.

Qadınlar daha çox risk altındadır

"Astma hər yaşda və hər kəsdə görünə bilər", - deyən Dr. Özkan "Ailədə astma xəstəsi varsa, genetik risk artır. Allerqik rinit və ya ekzema kimi xəstəlikləri olanlarda da risk yüksəkdir. Qlobal olaraq 300 milyon, Türkiyədə isə 3-4 milyon arasında astma xəstəsi olduğu təxmin edilir. Xəstəlik böyüklərdə 6-12%, uşaqlarda isə 6-15% nisbətində görülür. Xüsusilə qız uşaqları və qadınlarda daha sıx rast gəlinir", - deyə əlavə edib.

Bahar və yayda artış müşahidə olunur

Dr. Özkan bildirib ki, bahar və yay aylarında müxtəlif allergenlərə məruz qalma astım əlamətlərini artırır. Qış aylarında baş verən infeksiyalar isə astım tutmalarını tətikləyə bilər.

Əlamətlərə diqqət edin!

Astımın əsas simptomları bunlardır:

Nəfəs darlığı

Gülərkən, danışarkən və ya fiziki fəaliyyət zamanı öskürək

Gecə tutma şəkilli öskürəklər

Xırıltılı nəfəs alma

Sinə sıxıntısı

Nəfəs alıb-vermə zamanı fit səsi

Baş gicəllənməsi

Danışmaqda çətinlik

Bu əlamətlərin təkrarlanması və keçməməsi halında mütləq mütəxəssisə müraciət edilməlidir.

Diaqnoz necə qoyulur?

Astmanın diaqnozunda xəstənin şikayətləri və tibbi tarixi əsas rol oynayır. Bununla yanaşı, fiziki müayinə, tənəffüs funksiyası testləri, ağciyər rentgeni və allergiya testləri də istifadə olunur.

Müalicə fərdiləşdirilməlidir

Müalicənin məqsədi əlamətləri və tutmaları azaltmaq və ağciyər funksiyasını yaxşılaşdırmaqdır. Astmanın ağırlıq dərəcəsinə görə müalicə fərqlənir və həkimlə birlikdə fərdi astım idarə planı hazırlanır.

İstifadə olunan dərmanlar:

Nəzarətçi dərmanlar:

İnhalyasiya edilən kortikosteroidlər (ICS)

Uzunmüddətli beta aqonistlər (LABA)

Anti-lökotrien dərmanlar

Bioloji müalicələr

Allergiyaya qarşı müalicələr

Xilasedici dərmanlar (tutma zamanı):

Qısa təsirli beta agonistlər (SABA)

Ağızdan qəbul edilən kortikosteroidlər

Astımdan necə qorunmalı?

Evdə allergenlə təmas azaldılmalı (xalça, yün yorğan, canlı güllər yığışdırılmalı)

Toz və nəmli mühitdən uzaq durulmalı

Bahar aylarında maskadan istifadə edilməli

Siqaret çəkmək və siqaret çəkilən yerlərdə olmaq olmaz

Hər payızda qrip peyvəndi olunmalıdır

Məşq tutmanı artırırsa, öncədən dərman istifadə olunmalıdır

Reflü varsa, müalicə edilməlidir

Astıma qarşı faydalı tövsiyələr

Mütəmadi fiziki fəaliyyət və nəfəs məşqləri

Bol maye qəbulu

Duzlu su ilə qarqara

İsti buxar nəfəsi alma

Zəncəfil və zərdəçal ilə bal qarışımı

Adaçayı və kəklikotu çayı (ölçülü şəkildə)

C vitamini və maqneziumla zəngin qidalar

Somon balığı kimi Omeqa-3 mənbələri

D vitamini ehtiva edən qidalar (süd, yumurta)

Beta karotenlə zəngin yerkökü və yaşıl yarpaqlı tərəvəzlər

Kalsium və proteinlə zəngin balanslı qidalanma

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.