Türkiyə

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... - VİDEO

11 May 2025 15:15
Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.

Milli.Az bildirir ki,  bu barədə Türkiyə KİV-i xəbər verir.

Məlumata görə, Adananın Çukurova rayonunda baş verən bu hadisə görənləri heyrətə gətirib. Sosial mediada sürətlə yayılan görüntülər sayəsində şübhəli şəxs Ətraf Mühit, Təbiət və Heyvanların Mühafizəsi Bürosunun qrupları tərəfindən saxlanılıb.

Heyvana işgəncə verən və yol hərəkətinə təhlükə yaradan bu davranışa görə şübhəli şəxs barəsində tədbir görülüb. Sürücüyə 1986 Türkiyə lirəsi (43 manatdan çox) məbləğində cərimə kəsilib.

Həmçinin polis tərəfindən saxlanılan iki nəfərin hüquqi prosedurlardan sonra məhkəməyə göndəriləcəyi bildirilib. Hadisə ilə bağlı istintaq davam edir. /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.