Türkiyə

Ərdoğandan Putinin təklifinə REAKSİYA

11 May 2025 15:23
Baxış: 2 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Milli.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər Türkiyə-Rusiya münasibətləri, regional və qlobal məsələlərə dair müzakirə aparıblar. Ərdoğan Putinin Rusiya-Ukrayna sülh danışıqlarının İstanbulda yenidən davam etdirilməsi yönündə açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirib, Türkiyənin müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Türkiyə Prezidenti sülh üçün bir fürsət pəncərəsinin açıldığını, atəşkəsin təmin olunmasının sülh danışıqları üçün gərəkli mühiti yaradacağını da qeyd edib. /APA

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.