İdman

Bir tərəfdə matəm, o birində bayram - VİDEO - FOTO

12 İyul 2018 13:42
0 Şərh     Baxış: 2 121

Dünən Rusiyada keçirilən 2018-ci il Dünya çempionatının yarımfinal mərhələsinə son qoyuldu. Finalist isə əzmkar qələbə ilə Xorvatiya millisi oldu.

İlk hissəni qalib başa vuran ingilis oyunçular məğlubiyyətdən sonra hisslərinə hakim ola bilmədilər. Lakin azarkeşlər oyunun nəticəsinə ən az futbolçular qədər heyfslənirdi. Sanki bütün ölkə üçün matəm elan etmişdilər.

Göz yaşlarına hakim ola bilməyən əksər futbol fanatları həm də komandalarının oyunu ilə fəxr edirdilər. Çünki uzun aradan sonra İngiltərə yığması bu mərhələyə qədər irəliləmişdi.

Məğlubiyyətə baxmayaraq matçdan sonra çox sayda azərkeş stadionda qalib komanda və baş məşqçi Garet Sautqeyti alqışlayıb, onlara dəstək olublar. 

Digər tərəfdə isə hər şey tam əksinə cərəyan edirdi. Tarixində ilk dəfə finala çıxan xorvatların sevincinin həddi, hüdudu yox idi. Hər kəs qələbəni sanki artıq Dünya çempionatının qalibi olmuş kimi bayram edirdi. 

Xorvat futbolçularda azarkeşlər qədər öz uğurlarına sevinirdi. Onların sevinci kamera obyektivlərinə ən gözəl halı ilə yansıyıb.

Həm ingilis, həm də xorvat azarkeşlərin matçdan sonrakı təəssuratını bölüşdüyü videoreportajı təqdim edirik:

Adil Nəcəfov
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.