Portuqaliya millisinin yarımmüdafiəçisi Rikardo Kuarejma yığmanın dünya çempionatındakı şanslarını dəyərləndirib.
Milli.Az komanda.az-a itinadən xəbər verir ki, "Beşiktaş"ın üzvü xarici mətbuata açıqlamasında Portuqaliya millisinin mundialda uğur qazanmaq üçün çox çalışmalı olduğunu deyib:
"Dünya çempionatı yaxınlaşır. Psixoloji və fiziki olaraq yaxşı hazırlaşmalıyıq. Azarkeşlərin turnir boyu bizə yaxşı dəstək verəcəyinə ümid edirik. Gənc və təcrübəli futbolçulardan təşkil olunmuş komandayıq, lakin yerə möhkəm basmalıyıq. Mundialda uğur qazanmaq üçün çox çalışmalı və ilk növbədə qrup oyunlarını düşünməliyik. Hər oyunda, yavaş-yavaş irəliləməliyik. Qarşımızda uzun bir yol olacaq.
Komandaya yardım etmək üçün əlimdən gələni edəcəm. Həmişə olduğu kimi gənclərə kömək etməyə çalışacam. Meydanda fərq yarada biləcək səviyyəli futbolçularımız var. Gənc və təcrübəli futbolçuların vəhdəti hədəfə çatmağımıza kömək olacaq. Dünya çempionatından zövq almalıyıq".
Xatırladaq ki, Portuqaliya millisi mundialda İspaniya, Mərakeş və İranla bir qrupda mübarizə aparacaq.
Milli.Az