İdman

Materazzidən "Milan"ın baş məşqçisinə dəstək

30 Mart 2018 16:31
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materazzi "Milan"ın baş məşqçisi Cennaro Qattuzo barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis bunları deyib:

"Hesab edirəm ki, məşqçi əvəzedicilərdən əsas komandaya gəlib eyni münasibəti saxlayırsa, ona güclü mütəxəsis kimi yanaşmaq lazımdır. "Milan"ın durumu əsaslı surətdə dəyişib. Qattuzonun haqqını vermək lazımdır. O, yaxşı ab-hava və möhkəm komanda formalaşdıra bildi. Böyük futbolçuların sənin arxanca gəlməsi yaxşı motivatorla bərabər səviyyəli məşqçi olduğuna dəlalət edir. Görək, Cennaro qarşıdakı 2 ildə bu postda qalacaqmı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.