İdman

Məşhur futbol hakiminin dişlərini qırdılar

10 Avqust 2011 14:29
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Portuqaliyalı məşhur futbol hakimi Pedro Proensa Lissabondakı ticarət mərkəzlərindən birində döyülüb.

Qol.Az-ın "TVI 24" telekanalına istinadən verdiyi məlumata görə, 40 yaşlı referiyə hücum edən şəxs onun iki dişini qırıb. Proensa trenajor zalında məşq etdikdən sonra restorana nahar etməyə yollanıb.

Yolda o, özünü aqressiv aparan şəxslə rastlaşıb. Həmin adam hakimi əvvəlcə təxribata çəkib, sonra isə döyüb. Polis xuliqanı yaxalasa da, onun adı açıqlanmır.

Qeyd edək ki, Pedro Proensa 1998-ci ildən FİFA referisidir. O, karyerası ərzində Çempionlar Liqasının 11 matçını idarə edib. Proensa 2010-2011-ci il mövsümünün yekununda ölkənin ən yaxşı hakimi sayılıb.

Təcrübəli referi avqustun 7-də "Portu"nun "Vitoriya" üzərində 2:1 hesablı qələbə qazandığı Portuqaliya Superkuboku uğrunda qarşılaşmanın baş hakimi olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.