İdman

Azərbaycanın idmançıları Dünya Çempionatında 1-ci oldu

12 Dekabr 2017 16:05
1 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6-10 dekabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində Döyüş növləri üzrə Dünya Çempionatı keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan Vin Çun döyüş sənəti idman klubunun uşaq və yeniyetmələrdən ibarət olan 14 idmançısı müxtəlif versiyalarda ( Vin Çun, Şaolin-sanda, layt kontakt və tam kontakt) 8-qızıl, 4-gümüş və 1-bürünc medal qazanaraq 26 ölkə arasında komanda hesabında 1-ci olublar. Ölkəmizi  təmsil edən idmançılarımız  bu yarışa Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının milli yığma komandasının tərkibində qatılıb. Federasiyanın prezidenti, əməkdar məşqçi Rafiq Əliyev və Azərbaycan Vin Çun idman klubunun prezidenti, əməkdar məşqçi Asif Sayadovun rəhbərliyi altında bu yarışa qatılan 14 idmançımız ölkəmizin idman şərəfini layiqincə qoruyublar. Yarışda 26 ölkənin ümumilikdə 950 idmançısı iştirak edib. 

Birinci yerə layiq görülən idmançılar:

1. Nurlan Yusifov
2. Rəsul Əlizadə
3. Nizami İbadzadə
4. Aydın Sayadlı
5. Şahmar Hüseynli
6. Eltun Rəcəabov
7. Ayman Mahalov
8. Elşən Hacızadə

İkinci yerə layiq görülən idmançılarımız:

1. Fərid Əlizadə
2. Ömər Vahabzadə
3. Muhamməd Dadaşov
4. Akşin Cəbrayılzadə

3-cü yerə layiq görülən idmançılar:

1. Əli Əkbər Orucov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.