“Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, nələr olduğunu bilmədim. Gözümü açanda baxdım ki, havadan asılı dayanmışam".
Milli.Az xəbər verir ki, bunu "Baku TV"yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib.
"Kəməri açdım, üzüaşağı yerə düşdüm. Əlim bütün qan idi. Oğlumu çağırdım, "hə, ata" dedi, gördüm ki, sağdır. Elə bil dünyanı mənə verdilər. Bu faciəni yaşayan bilər. Allahdan arzu edirəm ki, heç kəs bunu yaşamasın.
Bir anda təyyarədə titrəyiş oldu. Həmin vaxt qalxdı, buludlara girdi. Artıq elə bir vəziyyət idi ki, tullanmaq da mümkün deyildi. Həmin vaxt Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun və başınızı qabaq oturacağa sıxın.
Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50% işləyir, yuxarı qalxmır", - deyə o əlavə edib.
Samir Devrişov isə bildirib ki, hadisə zamanı hamını həyəcan bürümüşdü: "Komandanı verdilər, təyyarə yerə çırpıldı. O an atam məni çağırdı, cavab verdim. Bir anlıq huşum itmişdi, amma sonradan tam özünə gəldi. Təyyarədən çıxanda Zaqataladan bir qız da dedi ki, xahiş edirəm, məni də çıxarın. Ayağından zədə almışdı, qışqırırdı. Ondan qan çox gedirdi. Ora köməyə çox insan gəlmişdi. Biz çox böyük faciədən çıxmışıq. Bu, möcüzədir".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-i Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakıda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto/Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - (Foto/Video)
-
Uçuşunuz gecikir və ya ləğv edilib? - Bilməli olduğunuz əsas məqamlar
XƏBƏR LENTİ
-
Elm adamları təkrar emal edilmiş plastikdən peçenye istehsal etdilər
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib





