Nağd ödəsən endirim var, kartla yoxdur - Mağazaların yeni oyunu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi mağazalarda nağd ödənişə tətbiq edilən endirimlərin kartla ödəniş zamanı keçərli olmaması müştərilər arasında narazılıq doğurur.
Milli.Az xəbər verir kiI, bu hal xüsusilə elektronika və mebel mağazalarında daha çox müşahidə olunur.
Mağazaların kartla ödənişə maraq göstərməməsinin səbəbi nədir? Bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirib ki, insanları nağd ödənişə məcbur etmək, istehlakçının seçim hüququnu məhdudlaşdırmaq təkcə istehlakçı hüquqlarının pozulması deyil, eyni zamanda Azərbaycan hökumətinin nağdsız ödənişlərə keçidlə bağlı qəbul etdiyi qərar və siyasətlərin açıq şəkildə sabotaj edilməsidir. Bu, dövlət siyasətinə zidd və yolverilməz bir haldır.
E.Hüseynov qeyd edib ki, bütün satış və xidmət obyektlərində POS-terminallar olmalı, nağdsız ödənişlərin genişləndirilməsi prosesinə həm biznes subyektləri, həm də istehlakçılar dəstək verməlidirlər:
"İnsanların nağd ödənişə yönləndirilməsi vergidən yayınmaya şərait yaradır və hökumətin mühüm sosial siyasətlərindən biri olan ƏDV-nin tətbiqi ilə bağlı qərarların icrasına mane olur".
Onun sözlərinə görə, bəzi hallarda satıcıların "kartdan karta", şəxsi kartlara köçürmə tələb etməsi də dövlətin vergi siyasətinin pozulması hesab olunur:
"İstehlakçılar bu cür ödəniş üsullarından imtina etməli, belə obyektlərdən alış etməməlidirlər".
Qeyd edib ki, istehlakçılar bu kimi hallarla qarşılaşdıqda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 012 599 76 00 nömrəli telefon vasitəsilə məlumat verə bilərlər:
"Bu cür hallar qanun pozuntusu olmaqla yanaşı, istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır və yolverilməzdir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
XƏBƏR LENTİ
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
"Tam Store" barədə inzibati protokol tərtib olunub
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?





