İdman

Sadıq Sadıqov: "Araz Abdullayevin transferi ilə bağlı tələsik qərar vermək olmaz"

24 Mart 2010 06:07
Baxış: 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli.Az-ın verdiyi xəbərə görə, bu məsələ ilə bağlı komanda hələ son qərar verməyə tələsmir.

"Çox sevinirəm ki, "Neftç"" Azərbaycan futboluna Araz Abdullayev kimi bir istedad bəxş edib". Bu sözləri "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov qol.az-a bildirib.

Klub prezidenti bildirib ki, Arazın Avropaya transferi çox incə məsələ olduğundan bununla bağlı tələsik qərar vermək olmaz.

"Biz futbol mütəxəssisləri ilə də məsləhətləşmələr aparmışıq. Kimisi onun Avropaya getməsini, kimisi hələ çox gənc olduğuna görə Azərbaycanda qalıb daha çox təcrübə toplamasını istəyir. Araz təkcə "Neftçi"yə deyil, bütün Azərbaycan futboluna məxsusdur. AFFA rəhbərliyi, milli komandamızın baş məşqçisi Berti Foqtsla da bu məsələyə dair müzakirələr aparmışıq. Hələlik son sözümüz budur ki, Arazın transferi məsələsində biz bütövlükdə Azərbaycan futbolunun mənafeyi naminə çıxış edərək qərar verməliyik"- deyə Sadıqov bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.