İdman

"O, Mourinyonun etimadını doğrultdu"

4 Oktyabr 2017 09:37
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rayan Giqqz son zamanlar inamlı çıxışla yadda qalan Maruan Fellaininin çıxışını dəyərləndirib. 

Milli.Az qol.az-a istinadən xəbər xəbər verir ki, Giqqz bildirib ki, belçikalı yarımmüdafiəçi inamlı oyunu ilə baş məşqçi Joze Mourinyonun etimadını doğruldub: 

"Maruan komanda üçün vacib oyunçu olduğunu sübuta yetirdi. O, Pol Poqbanı lazımınca əvəzləməyi bacardı.

Fellaini son zamanlar çox mühüm qollar vurur. O, "Everton"da da bunu edib. Onun yerinə çox sevinirəm. 

Daha əvvəl Maruanla birgə çalışmışam. Onun məşqçisi olmaq çox xoşdur. Çünki Fellarini verilən tapşırıqları dəqiqliyi ilə yerinə yetirir. Mourinyo daim ona inanıb. İndi də futbolçu bu inamı doğruldur". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.