Siyasət

Asəf Hacıyev İlham Əliyevi təbrik edib

1 Aprel 2025 20:03
Baxış: 453

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi təbiətin oyanışından xəbər verən, ülvi niyyətlər bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Novruz təbiətə, cəmiyyətə yeni nəfəs gətirərək ölkəmizdə hər bir ailəyə sevinc bəxş edir. Bu gün Sizin rəhbərliyinizlə ölkəmizin işğaldan azad olunmuş torpaqlarında böyük bərpa işləri həyata keçirilir, vaxtilə doğma torpaqlarından didərgin düşmüş həmvətənlərimiz öz yurdlarına qayıdır və onlar üçün müasir tələblərə cavab verən şərait yaradılır. Siz işğaldan azad olunmuş bölgələrimizi tez-tez ziyarət edərək göstərirsiniz ki, Azərbaycanın hər qarış torpağı Zati-aliniz üçün doğma və əzizdir, orada işlər Sizin ciddi nəzarətiniz altında həyata keçirilir.

Möhtərəm cənab Prezident, Sizin xalqa arxalanaraq Azərbaycanın bütövlüyü uğrunda apardığınız fövqəladə vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir.

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar, cansağlığı və ailə səadəti arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.