İdman

Formula 1-in Bakı finalı: sensasiyalı nəticə - YENİLƏNİB - FOTO

25 İyun 2017 19:18
Baxış: 3 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:18

Bu gün Bakıda 2017 Formula 1 yarışları üzrə Dünya çempionatının Azərbaycan Qran Prisi mərhələsinə yekun vurulub.

Milli.Az xəbər verir ki, 3 gün davam edən yarışın son günündə Azərbaycan Qran Prisinin qalibi müəyyənləşib.

Ötən günün təsnifat yarışının nəticələrinə əsasən, bu gün F1 pilotları mübarizəyə aşağıdakı düzülüşlə başlayıblar:

1. Luis Hamilton ("Mercedes")
2. Valtteri Bottas ("Mercedes")
3. Kimi Raykonen ("Ferrari")
4. Sebastyan Fettel ("Ferrari")
5. Maks Ferstappen ("Red Bull Racing")
6. Serxio Peres ("Force India")
7. Esteban Okon ("Force India")
8. Lens Strol ("Williams")
9. Felipe Massa ("Williams").
10. Daniel Rikardo ("Red Bull Racing")

11. Daniel Kvyat ("Scuderia Toro Rosso")

12. Kevin Maqnussen ("Haas F1 Team")

13. Niko Hulkenberq ("Renault Sport F1 Team")

14. Paskal Verleyn ("Sauber F1Team")

15. Karlos Seyns ("Scuderia Toro Rosso")

16. Roman Qrojan ("Haas F1Team")

17. Markus Erikson (" Sauber F1 Team")

18. Stofel Vardorn ("McLaren Honda Formula One Team")

19. Fernando Alonso ("McLaren Honda Formula One Team")

20. Colyon Palmer  ("Renault Sport F1 Team")

Bakı şəhər halqasında 51 dövrəni hamıdan tez başa vuran "Red Bull Racing" komandasının avstraliyalı pilotu Daniel Rikardo Azərbaycan Qran Prisinin qalibi adını qazanıb.

Podiumda ikinci yeri "Mercedes AMG Petronas" komandasından finlandiyalı pilot Valtteri Bottas , üçüncü yeri isə "Williams Martini Racing" komandasından kanadalı pilot Lens Strol tutub.

Bu D.Rikardonun 2017-ci il mövsümündə ilk qələbəsidir. Bundan əvvəl 4 dəfə Luis Hamilton, hərəyə bir dəfə isə Sebastyan Fettel, Kimi Raykonen və Valtteri Bottas qalib olublar. İlin sonunda ən çox xal qazanan pilot çempion adına layiq görüləcək.

Bu qələbədən sonra Da.Rikardo xallarını artıraraq 92-yə çatdırıb və ümumi sıralamada 4-cü yerə qalxıb. İlk üçlüyü isə yenə də müvafiq olaraq S.Fettel (153 xal), Luis Hamilton (139 xal) və Valtteri Bottas (111 xal) tuturlar.

----------

19:12

Yarışın qalibi isə "Red Bull Racing" komandasının avstraliyalı pilotu Daniel Rikardo olur.                        
Bu da sensasiya! Lens Strol 2001-ci ildən sonra podiuma çıxan ilk kanadalı pilot olur.

----------

19:08

Son dövrə başladı. Əsas mübarizə ikinci yer uğrunda gedir.

----------

19:04

Gərgin keçən yarışın bitməsinə cəmi 2 dövrə qaldı.

----------

19:02

Peres nəhayət, yarışı tam dayandırdı. Fettel sürətdə Hamiltonu üstələyir - 1.43.441. Buna görə döngədə az qala aşacaqdı.

----------

19:00

Bunu görən Fettel rəqibinin dövrə sürətini üstələyir - 1.43.630 dəqiqə. Hələlik ilk üçlükdə Rikardo, Strol və Bottasdır. Sona 5 dövrə qaldı...

Hamilton riskə gedir - 1.43.469.

----------

18:57

Hamilton da Okonu ötür. Bottas isə sürəti artırır. Bu dəfə də ən yaxşı dövrə sürəti ondadır - 1.44.315 dəqiqə. Valtteri Bottas sürəti artırmaqda davam edir - 1.44.036 dəqiqə.
Hamilton əzmlə mübarizə aparır. Onun dövrə sürəti bu dəfə hamıdan çoxdur - 1.443.840 dəqiqə.

----------

18:53

Fettel sürəti artırır. O, artıq dördüncüdür.

----------

18:51

Hazırda ən yaxşı dövrə sürəti ondadır - 1.44.933 dəqiqə Yarışın bitməsinə 11 dövrə qaldı.

----------

18:48

Fettel və Hamilton da Maqnusseni ötüb keçirlər. Bottas Okonu qabaqlayaraq ilk üçlüyə daxil olur.

----------

18:47

Okon Maqnusseni qabaqlayaraq ilk üçlüyə girdi. Onu Bottas izləyir.

----------

18:42

Lüis Hamilton "boks"dan çıxaraq trasa qayıdır. Sebastyan Fettel verilən qərardan narazıdır.

Belçikalı Stofel Vandorn da avtomobildəki nasazlıq ucbatından yarışı dayandırmalı oldu.

Hazırda öndə Rikardo-Strol-Maqnussen üçlüyü qərarlaşıb. Deyəsən, bu yarış sensasiya vəd edir.

----------

18:34

Fettel Hamiltona qarşı etdiyi hərəkətə görə 10 saniyəlik "stop-go" ilə cəzalandırıldı.

----------

18:33

Hamilton sürəti bir az da artırır. Dövrə 1.44.942 dəqiqə ilə vuruldu. Щалбуки onun bolidində problem var - başlıqaltı möhkəm bərkidilməyib. Mexaniklər Hamiltonu "boks"a çağırırlar.

----------

18:24

Maneyə çırpılan Niko Hulkenberq 3 təkərlə pit-stopa girdi. Hələ ki, ən yaxşı dövrə sürəti Hamiltona məxsusdur - 1.45.577 dəqiqə.

----------

18:21

Yarış bərpa olundu. Hamilton və Fettel arasında qızğın, prinsipial mübarizə gedir. Peres və Raykonen yarışa qayıtdı.

----------

18:16

Bakıda keçirilən 2017 Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisində rusiyalı pilot Daniel Kvyat uğursuzluqla üzləşib.

Belə ki, boliddə texniki nasazlıq baş verdiyindən "Scuderia Toro Rosso" komandasının pilotu yarışı erkən tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, yarışa 10 komandadan 20 pilot start verib.

Milli.Az xəbər verir ki, ardınca Colyon Palmerin və Maks Ferstappenin də avtomobillərində problem yarandı.                        
Daha sonra Raykonen və Bottasın bolidləri toqquşdu. Raykonen in avtomobilinin sol tərəfi zədələndiyindən yarışı dayandırmalı oldu. O, buna görə Bottasın cəzalandırılmasını tələb edirdi.                       

Ən maraqlı məqam Fettel və Hamilton arasında yaşandı. Arxadan Hamiltonun bolidinə çırpılan Fettel daha sonra ona sol tərəfdən də bilərəkdən zərbə endirdi. Amma hər iki pilotu yarışı hələ ki, davam etdirir.

Sergio Peres də yarışı erkən dayandırmalı oldu. Artıq 4 pilot mübarizədən kənarda qalıb və yarışı dayandırıb.

Hazırda mexaniklər Fettel və Hamiltonun maşınlarını təmir etməyə çalışırlar. Raykonenin də yarışa qayıtma ehtimalı var.                       

Marşallar trasda yola səpələnmiş coxsaylı qırıntıları yığışdırırlar.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.