15.08.2016
06:55
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, finala çıxmaq üçün Rövşən Bayramov yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4. Yapon idmançı onun kürəyini yerə vurmağı bacarıb.
İdmançımız bürünc medal uğrunda güləşib. Onun rəqibi norveçli Stig-Andre Berge olub. Bu rəqibinə də uduzan Rövşən Olimpiadanı medalsız başa vurub. Görüşdə hesab 1:1 olsa da, sonuncu xalı alan norveçli bürünc medal qazanıb.
----------------
14.08.2016
19:56
Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb. R.Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq.
---------
19:19
Elvin mübarizəyə 1/16 finaldan etibarən başlayıb. Onun ilk rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Elvinin bu mərhələdə Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikovla (Qazaxıstan) qarşılaşb. Təmsilçimiz bu güləşçini də yolundan kənarlaşdırıb - 5:1. Yarımfinala gedən yolda idmançımız macarıstanlı Peter Bacsi ilə üz-üzə gəlib. O, mübarizəni məğlub başa vurub. Elvin bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə qatılacaq.
***
Son iki Olimpiadanın (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov da çıxışa başlayıb. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0.
Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke ilə qarşılaşıb. ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.
Finala çıxmaq üçün pəhləvanımız yapon güləşçi Ota Şinobunu məğlub etməlidir.
--------
18:47
Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov (59 kq) Rio 2016 Olimpya Oyunlarında yarımfinala vəsiqə əldə edib.
Trend-in məlumatına görə, Bayramov ABŞ təmsilçisi Devid Jessi üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
---------
18:29
Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) Rio 2016 Olimpya Oyunlarında 1/4 finala vəsiqə əldə edib.
Trend-in məlumatına görə, Mürsəliyev Qazaxıstan təmsilçisi Dosjan Kartikov üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.
1/8 finalda Mürsəliyev misirli Sebie Mahmud üzərində qələbə qazanıb.
----------
17:35
Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov (59 kq) Rio 2016 Olimpya Oyunlarında 1/4 finala vəsiqə əldə edib.
Trend-in məlumatına görə, Bayramov Venesuela təmsilçisi Rayber Xose Rodriqez Orozko üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.
----------
17:29
Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) Rio 2016 Olimpya Oyunlarında 1/8 finala vəsiqə əldə edib.
Trend-in məlumatına görə, Mürsəliyev misirli Sebie Mahmud üzərində qələbə qazanaraq 1/8 finala yüksəlib.
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.
Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.
Milli.Az
Foto: AZƏRTAC