İdman

Atəş “Qalatasaray”ı yandırdı

5 Aprel 2011 09:31
Baxış: 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Apasport.az saytının xəbərinə görə, "Antalyaspor" klubunun qonağı olan "Qalatasaray" biabırçı hesabla məğlub olub.

"Medical Park" stadionunda baş tutan qarşılaşmada meydan sahibləri "Cim Bom"un qapısından 3 cavabsız top keçirib. İlk qolu 31-ci dəqiqədə Erkan Sekman vurub. Vaxtilə "Qalatasaray"da oynamış Necati Atəş isə dubl edib. O, 59 və 70-ci dəqiqədə sabiq komandasını cəzalandırıb.

27 turdan sonra turnir cədvəlinə 63 xalla "Trabzonspor" başçılıq edir. "Fənərbaxça" 61 xalla ikinci, "Bursaspor" isə 52 xalla üçüncüdür. Tarixinin ən uğursuz günlərini keçirən "Qalatasaray" isə 33 xalla 11-ci yerdə qərarlaşıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.