İdman

Elnur Məmmədli medallarının sayını artırdı

21 Fevral 2011 10:33
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portacı CudoOnline.info-ya istinadən xəbər verir ki, Elnur Məmmədli  (81 kq) ardıcıl olaraq isveçrəli  Keller Kristofu, fransız idmançısı Şmitt Alaini və Mərakeş təmilçisi Attaf Safouanı "İppon" xalı ilə  məğlub edərək yarımfinala qədər irəliləyib. O, yarımfinalda Rusiya təmsilçisi Xabaçirov Murada uduzaraq "Qran Pri" yarışının  bürünc medalını qazanıb və bununla öz aktivinə London-2012 Yay Olimpiya Oyunlarına 80 lisenziya xalı yazdırıb.

Millimizin digər üzvü Elxan Məmmədov (90 kq.) isə 5-ci yerə çıxaraq London-2012 Yay Olimpiya Oyunlarına 40 lisenziya xalı qazanıb. O, Argentina və Əlcəzair təmsilçilərini məğlub etsə də, yarımfinala çıxış görüşündə fransız idmançıya uduzub.

Cüdoçularımız Ramin Qurbanov (-90kq), Elmar Qasımov (-100 kq), Emil Tahirov (+100 kq) və Ramilə Yusubova (-63 kq) daha erkən mərhələlərdə məğlub olaraq uğursuz çıxış ediblər. Tərlan Kərimov (-60 kq ) və Kifayət Qasımova isə "Qran Pri" turnirinin 5-cisi olublar.

Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 68 ölkə arasında 21-ci olub.  

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.