Elnur Məmmədli medallarının sayını artırdı
21 Fevral 2011 10:33
Milli.Az xəbər portacı CudoOnline.info-ya istinadən xəbər verir ki, Elnur Məmmədli (81 kq) ardıcıl olaraq isveçrəli Keller Kristofu, fransız idmançısı Şmitt Alaini və Mərakeş təmilçisi Attaf Safouanı "İppon" xalı ilə məğlub edərək yarımfinala qədər irəliləyib. O, yarımfinalda Rusiya təmsilçisi Xabaçirov Murada uduzaraq "Qran Pri" yarışının bürünc medalını qazanıb və bununla öz aktivinə London-2012 Yay Olimpiya Oyunlarına 80 lisenziya xalı yazdırıb.
Millimizin digər üzvü Elxan Məmmədov (90 kq.) isə 5-ci yerə çıxaraq London-2012 Yay Olimpiya Oyunlarına 40 lisenziya xalı qazanıb. O, Argentina və Əlcəzair təmsilçilərini məğlub etsə də, yarımfinala çıxış görüşündə fransız idmançıya uduzub.
Cüdoçularımız Ramin Qurbanov (-90kq), Elmar Qasımov (-100 kq), Emil Tahirov (+100 kq) və Ramilə Yusubova (-63 kq) daha erkən mərhələlərdə məğlub olaraq uğursuz çıxış ediblər. Tərlan Kərimov (-60 kq ) və Kifayət Qasımova isə "Qran Pri" turnirinin 5-cisi olublar.
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 68 ölkə arasında 21-ci olub.
Milli.Az