İdman

Keçmiş dünya çempionu Rustam Kasımcanov "Naxçıvan Open 2015"də iştirak edəcək

16 Aprel 2015 11:31
Baxış: 918
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
May ayının 1-dən 11-dək Naxçıvan şəhərində keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Open 2015" beynəlxalq şahmat festivalında keçmiş dünya çempionu, Özbəkistanın bir nömrəli şahmatçısı Rustam Kasımcanov (beynəlxalq əmsalı - 2712) da iştirak edəcəkdir.

Qeyd edək ki, festival çərçivəsində 3 turnir (A - güclülər, B - əmsalı 2250-dən az olanlar və C - uşaqların turniri) keçiriləcəkdir. A turnirində Kasımcanovla yanaşı, qadınlar arasında dünya çempionu - Çin təmsilçisi Hou Yifan da daxil olmaqla 15-dək ölkədən bir sıra tanınmış şahmatçılar iştirak edəcəklər. Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 40000 dollar təşkil edir.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.