İdman

La Liqa klubunda gözlənilməz istefa

27 Fevral 2015 09:58
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Kiki Sançez Flores gözlənilmədən vəzifəsindən istefa verib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssisin özü açıqlamasında deyib.
 

Flores keçirdiyi mətbuat konfransında istefasının səbəbini belə izah edib: "Daha öncə üzləşdiyim xoş olmayan vəziyyətlə yenidən qarşılaşmamaq üçün istefa verdim. Doğru qərar verdiyimi düşünürəm. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm".
 

Qeyd edək ki, son turda evdə "Espanyol"u 2:1 hesabı ilə məğlub edən "Xetafe" 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.