Türkiyə Kubokunun qrup mərhələsində III turun oyunlarına yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
Səfərdə "Keçiorengücü"nün qonağı olan "Akhisar" rəqibi ilə 1:1 bərabərə qalıb. "Trabzonspor" klubu isə evdə "Manisaspor"a 9 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, Türkiyə kubokunda geridə qalan 3 turdan sonra "Trabzonspor" və "Akhisar" klubları hərəyə 5 xalla turnir cədvəlinin 1-2-ci pillələrini bölüşürlər.
Xatırladaq ki, "Manisaspor"un heyətində Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç çıxış edir. Lakin Subaşiç bu görüşdə meydana çıxmayıb. Serbiya əsilli oyunçu matçın "18"liyinə də daxil edilməyib.
25 dekabr
Türkiyə Kuboku, III tur
A qrupu
"Qaziantepspor" - "Tuzlaspor" - 2:2
Qollar: Alkan, 12 (0:1), Akın, 28 (1:1), Çağlayan, 51 (2:1), Aleddinoğlu, 73 (2:2)
B qrupu
"Keçiorengücü" - "Akhisar" - 1:1
Qollar: Köşe, 6 (0:1), Koçal, 34 (1:1)
"Trabzonspor" - "Manisaspor" - 9:0
Qollar: Aydoğdu, 13 (1:0), Kardozo, 36 (2:0), Aydoğdu, 46, 49 (4:0), Gürler, 53 (5:0), Varis, 54 (6:0), Doğan, 69 (7:0), Kardozo, 72 (8:0), Varis, 79 (9:0)
F qrupu
"Sarıyer" - "Rizəspor" - 0:2
Qollar: Kadah, 12 (0:1), Köşe, 45 (0:2)
Milli.Az