İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı 2015 Avropa Oyunları Fransanın televiziya kanalı L’Equipe 21 ilə yayım sazişinə imza atıb
4 Noyabr 2014 14:29
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı 2015 Avropa Oyunları Fransanın televiziya kanalı olan L'Equipe 21 ilə yayım haqqında sazişə imza atdığını elan etməkdən məmnundur.
BAOƏK-dan Trend-ə verilən məlumata görə, sazişə əsasən, Birinci Avropa Oyunları L'Equipe 21 kanalı, eyni zamanda, kanalın vebsaytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq.
Şirkət Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin canlı yayımını həyata keçirəcək, eyni zamanda, hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: "Bu saziş qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq.
Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın Bakı 2015 Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək gözəldir.
L'Equipe 21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq".
L'Equipe 21 televiziya kanalının baş meneceri Xavyer Spender demişdir: "Bakı 2015 Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq, ona görə də birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq.
Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik".
L'Equipe 21 kanalı, həmçinin, Bakı 2015 Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Milli Olimpiya Komitəsinin jurnalı olan "Esprit Bleu"da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya demişdir: "Biz Bakı 2015 ilə 2012-ci ildən bizim media partnyorumuz olan L'Equipe 21 kanalı arasında idman azarkeşlərimizin birinci Avropa Oyunlarını canlı izləmələrinə imkan yaradan sazişin bağlandığından çox məmnunuq.
Bakı 2015 Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik və komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin canlı izləyə bilməsi yaxşı haldır".
1998-ci ildə əsası qoyulmuş və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan L'Equipe 21 kanalı bütün il boyu idman nümayişlərini canlı olaraq yayımlayır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi