""Qarabağ" sözünü oyunu ilə deyir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, "Qarabağ" klubunun hücumçusu Vüqar Nairov qol.az saytına müsahibəsində Premyer Liqamızın son turunda "Araz Naxçıvan"a qalib gəldikləri oyundan (4:0), Avropa Liqasınını qrup mərhələsində noyabrın 6-da "Dnepr"ə qarşı keçiriləcək görüşdən və digər məsələlərdən danışıb.
- Autsayder üzərində qazanılan asan qələbə haqda fikirlərini öyrənək...
- "Araz Naxçıvan" autsayder olsa da, son oyunlarda pis təsir bağışlamırdı. Biz də bunu bilirdik və rəqibə ehtiyatla yanaşırdıq. Bir sözlə, arxayınlamadıq. Bu, özünü hesabda göstərdi. İstədiyimiz qələbəni qazandıq.
- Bu görüşü "Dnepr"lə oyun öncəsi məşq adlandıranlar da var.
- Rəqibi bu qədər kiçiltmək istəmirəm. Biz məşqlə oyunun fərqini yaxşı başa düşürük. Düzdür, "Dnepr"lə oyun öncəsi daha asan rəqiblə qarşılaşmağımız yaxşı oldu. Ancaq "Araz Naxçıvan" da zəif komanda deyil. Əsgər Abdullayev həmişə yaxşı komanda formalaşdırıb.
- Ancaq "Araz Naxçıvan" klubu bu gün fəaliyyətini dayandırdığını bəyan edib.
- Bəli, bundan xəbərdarıq. Klubun belə qərar verməsinə bizə böyükhesablı məğlubiyyətin nə dərəcədə təsiri olub-olmadığını bilmirəm. Klub daxilində nə baş verdiyindən xəbərimiz yoxdur. Buna görə də bu haqda geniş danışa bilmərəm.
- Avropa Liqasının qrup mərhələsində növbəti görüşünüz Bakıda "Dnepr"ə qarşı olacaq. Bu oyun haqda nə düşünürsən?
- "Dnepr"in necə ciddi rəqib olduğunu yaxşı dərk edirik. İlk oyundan bu komandaya qalib gəldik. Ancaq qrupda ən çətin rəqibimiz "Dnepr"dir. Belə komandaya qarşı meydançada çox çalışmalısan. Kiyevdə sərgilədiyimiz oyunu Bakıda da təkrarlamalıyıq. Başqa cür bu komanda ilə bacarmaq çətin olar. Hiss edirik ki, tam azarkeşlərlə dolu stadionda oynayacağıq. Doğma azarkeşlər qarşısında yaxşı nəticə qazanmalıyıq.
- "Dnepr"i "İnter" və "Sent Etyen"dən güclü sayırsan?
- Bəli, fiziki cəhətdən "Dnepr" qrupda ən güclü və bizim üçün ən çətin rəqibdir.
- "Dnepr"in futbolçuları açıqlamarında ilk oyunda uduzsalar da, "Qarabağ"dan daha güclü olduqlarını deyiblər.
- Mən də bu açıqlamaları oxumuşam. Əlbəttə ki, rəqibin hirsli halda belə açıqlamalar verməyi təbiidir. Biz onların fikirlərinə hörmətlə yanaşırıq. Bizə "Dnepr" futbolçularının nə dediyi maraqlı deyil. Öz işimizlə məşğuluq. "Qarabağ" sözünü oyunu ilə deyir.
- "Qarabağ"la görüş "Dnepr" üçün qrupdan çıxmaq baxımından həlledicir. Bu amil rəqibin daha istəkli olmasına səbəb ola bilər?
- Bizim üçün də qələbə çox vacibdir. Çünki öz meydanımızda oynayacağıq. Biz də bu qarşılaşmaya həlledici oyun kimi yanaşırıq. Buna görə də rəqib qədər biz də istəkli olacağıq. Kiyevdəki qələbədn sonra komandamızda özünəinam hissi daha artıb. Hər oyunda olduğu kimi "Dnepr"lə qarşılaşmaya da qələbə əzmi ilə çıxacağıq.
- Kiyevdəki oyunla müqayisədə bu görüşün daha asan olacağını demək olar, yoxsa çətin?
- Yeganə üstünlüyümüz doğma azarkeşlər önündə oynamağımız olacaq. Ancaq biz səfər qarşılaşmalarında daha çox qalib gəlmişik. Məncə, hər iki komanda üçün bu oyun əvvəlkindən daha asan olmalıdır. Çünki artıq komandalar bir-birini tanıyır. "Dnepr"in də səfər komandası olduğunu bilirik. Buna görə də var qüvvəmizi sərf edəcəyik ki, bizə lazım olan nəticəni qazanaq.
- Mahmud Qurbanov milli komandanın heyətini açıqladı. O, bir neçə gənc futbolçuya dəvət göndərib. Əvəzində milliləşdirilimiş əksər legionerlərdən imtina edib. Millimizin üzvü kimi bu qərara münasibətini bilmək istərdik.
- Mahmud Qurbanov əvvəlcədən demişdi ki, yerli futbolçulara üstünlük verəcək. Mənim fikrimcə də belə daha yaxşıdır. Millimizdə azərbaycanlılar oynamalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





