Əli Gökdəmir Berti Foqtsun müdafiəsinə qalxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "Simurq" klubunun yarımmüdafiəçisi Əli Gökdəmirin apasport.az saytına müsahibəsini təqdim edir
- Topaz Premyer Liqasının XI turunda "Xəzər Lənkəran"la üz-üzə gələcəksiniz. Çətin səfər qarşılaşmasına hazırsız?
- Komandamız bu qarşılaşmaya yaxşı hazırlaşıb. Açığı, Lənkərana 1 xal dalınca gedəcəyik. "Xəzər Lənkəran" evdə çox güclü çıxış edir. Səfərdə bu rəqibdən xal almaq heç də asan deyil. Heyətində də çox yaxşı futbolçular var. Onların ustalıq səviyyəsi yüksəkdi.
- "Xəzər Lənkəran" güclü olsa da, hesabat turunda "Sumqayıt"la matçda zəif oynadılar...
- Bəlkə də, son oyunda yaxşı çıxış etməyiblər. Amma gəlin "Qarabağ"la qarşılaşmaya baxaq. Oyun 100 dəqiqə olsaydı, "Xəzər Lənkəran" 4:3 hesabı ilə qalib gələ bilərdi. Bunu da nəzərə alın.
- Hesabat turunda AZAL-la 2:2 hesablı heç-heçə etdiniz. Həmin matçda da gözəl qola imza atdınız...
- Əslində, biz AZAL-ı məğlub etməliydik. Çünki onlardan güclü oynadıq və xeyli qol epizodları yaratdıq. Rəqib isə səhvlərimizdən istifadə etdi. Vurduqları qolları biz onlara hədiyyə etdik. Səhvlərimiz nəticəsində bərabərliyə razılaşmalı olduq. Mənim qolum isə həqiqətən, gözəl alındı. Həm də komandama 1 xal qazandırdı. Məni tanıyan qapıçılardan soruşsanız, belə zərbələrdən çox istifadə edirəm. Qapıçılar üçün də onları qaytarmaq çətindi. "Simurq"da da belə zərbələr üzərində məşq edirəm. Komanda yoldaşlarım zarafatla mənə Beyl deyirlər.
- Azərbaycan millisinin baş məşqçi postundan istefa verən Berti Foqts son oyunlarda sizə dəvət göndərmirdi. Səbəb nə idi? Amma əvvəl onun sevimli oyunçularından idiniz...
- Məncə, zədədən yeni qayıtdığım və "Simurq"da mütəmadi meydana çıxmadığım üçün dəvət etmirdi. Özüm də ondan dəvət gözləmirdim. Çünki hazır deyildim və millini heç düşünmürdüm də.
- Onun istefası haqqında nə deyə bilərsiz?
- Mənə görə yaxşı məşqçi idi. 6 il Azərbaycan millisinin baş məşqçisi kimi çalışdı və yığmamızı bütün Almaniyaya tanıtdı. Onun burda olması milli üçün çox şey demək idi.
- Amma nəticə qazana bilmədi...
- Nə üçün nəticə yox idi? Azərbaycan heç vaxt qrup mərhələsində 9 xal yığmamışdı. Lakin DÇ-2014-ün seçmə mərhələsində qrupda 9 xal toplamağı bacardıq. Bilirəm ki, onu daha çox müdafiə futbolu oynatdığına görə qınayırdılar. Futbolda önəmli olan nəticədi. Lazım olarsa, 11 müdafiəçi ilə də meydana çıxmaq mümkündü. Əgər bir komanda qol buraxmasa, 100 faiz ən azından 1 xalı qazanacaq. Amma qol buraxsan, məğlub olma ehtimalı böyükdü.
- Azarkeşləri də nəzərə alıb, yaxşı oyun göstərmək lazımdı...
- Nəticə həmişə ilk pillədədi.
- Mahmud Qurbanovdan dəvət gözləyirsiz?
- Yox. Mənim üçün futbolçu 30 dəqiqə oynadısa, o oynamaq deyil. "Simurq"da cəmi 30 və ya 40 dəqiqə meydana çıxıram. Necə millidən dəvət gözləyə bilərəm? Yaxşı oyun göstərməliyəm ki, məşqçilər məni görüb dəvət etsinlər.
- Bəs "Simurq"da niyə ilk "11-liy"ə düşə bilmirsiz?
- Futbolda bir deyim var - "qalib heyəti dəyişməzlər". "Simurq" son 3 oyunda məğlubiyyət nədir bilmir. Baş məşqçimiz də uğur qazanan heyəti dəyişmir. Niyə dəyişsin ki?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Mourinyo alman ulduzu “Real”a gətirmək istəyir
-
Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
-
Covanni van Bronkhorstun yeni klubu bəlli oldu
-
Azərbaycan millisinin futbolçusu "Vanspor"a transfer olundu
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı





