""Qarabağ"ın hansı kluba oxşadığını demək çətindir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Komandamız Ukrayna çempionatından fərqli, Avroliqada uğursuz çıxış edir. Bunun səbəbini bilmirəm". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Dnepr" klubunun futbolçusu Nikola Kaliniç deyib.
Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində, noyabrın 6-da Bakıda "Qarabağ"la üz-üzə gələcək Dnepropetrovsk təmsilçisinin xorvatiyalı legioneri bildirib ki, Bakıdakı qarşılaşma komandası üçün həlledici olacaq: "Avroliqanın pley-off və qrup mərhələsindəki oyunlarını nəzərə alsaq, son 4 matçda qol vura bilməmişik. Bu, çox pis nəticədir. Bu uğursuzluğa Bakıda son qoymaq istəyirik. "Qarabağ"la qarşılaşma həlledici olacaq. Düzdür, "Qarabağ"a Ukraynada məğlub olduq. Amma həmin qarşılaşma bizim üçün ev oyunu sayıla bilməz. Demək olar, səfərdə oynadıq. "Qarabağ"la yenə səfərdə üz-üzə gələcəyik. Çalışacağıq ki, Kiyevdəki məğlubiyyətin əvəzini çıxaq".
Futbolçunun fikrincə, "Qarabağ" Fransanın "Sent-Etyen" və İtaliyanın "İnter" klublarından zəif deyil: "Bilirəm, hamınız düşünürsünüz ki, "Qarabağ" "Sent-Etyen" və "İnter" kimi güclü deyil. Bizim üçün zəif rəqib sayılmalıdır. Amma hər kəs gördü ki, bu yanlış düşüncədir. "Qarabağ"ın heyətində milli üzvləri, güclü legionerlər var. Məğlub olmaq ehtimalımızın olacağını oyundan əvvəl də bilirdik. Rəqib qol vurandan sonra müdafiə olunmağa başladı. Arxa xətdə çox düzgün oynadılar və bunun nəticəsində 3 xalı qazandılar. Belə komandalarla qarşılaşmalar daha çətindir".
"Sport-express.ua" saytının əməkdaşının "siz "Sent-Etyen"lə oyundan sonra demişdiniz ki, Fransa klubu "Metallurq"a oxşayır. Bəs "Qarabağ"ı hansı Ukrayna klubuna bənzədirsiz?" sualına xorvatiyalı hücumçu belə cavab verib: ""Qarabağ"ın hansı Ukrayna klubuna oxşadığını demək çətindir. Amma yaxşı oyun taktikası var. Əmin olun ki, Azərbaycan klubu çox güclüdür".
"Dnepr"in qrupdan çıxmaq şansının qaldığını vurğulayan Kaliniç vurğulayıb ki, hər şey özlərindən asılıdır: "Prinsipcə, hər şey öz əlimizdədir. Bakıda qalib gəldikdən sonra "Sent-Etyen"i də məğlub etməliyik. Bundan sonra qrupdan çıxmağımız üçün maneə qalmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





