Bu gün Bakı 2015 Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün öz rəsmi veb saytında Qeydiyyat səhifəsini açıq elan edir.
Trend-in məlumatına görə, veb sayt beynəlxalq və azərbaycanlı idman azarkeşlərinə Bakı 2015 Avropa Oyunlarının idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Bakı 2015-lə bağlı son xəbərlər üçün müraciət etmək imkanı yaradır.
Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaq. Geniş ictimaiyyət üçün isə bilet satışı rəsmi olaraq gələn il açıq olacaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: "Birinci Avropa Oyunlarına doğru yaxınlaşdığımız üçün Bilet satışı üzrə qeydiyyat səhifəsi çox əhəmiyyətli məqam kimi qeyd olunur.
Biz bilirik ki, idman azarkeşləri Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək".
Qeydiyyat səhifəsi Bakı 2015 Avropa Oyunlarının Bilet satışı üzrə Rəsmi Dəstəkçisi olan Tickethour şirkəti tərəfindən hazırlanıb tətbiq edilmişdir.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna demişdir: "İdman azarkeşləri yarışlarda iştirak etməklə qitənin ən üstün idmançıları üçün yaradılmış bu unikal təcrübəni bölüşmək istəyəcəklər və biz bütün Azərbaycandan və Avropadan Oyunlara böyük maraq gözləyirik.
Bu sistem Bakı 2015 ilə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı yerdir. Ona görə də mən bilet alışında maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırıram".
Veb saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil ola bilərsiniz: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
31 Oktyabr 2014 12:14
Baxış: 1 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Mən də ərimi çimizdirirəm”
-
Qorxudan göz yaşlarına boğulan PİŞİK - VİDEO
-
"İradə İbrahimova ilə Sevdanı sevmişəm"
-
"Mercedes" əyləcsiz maşın istehsalına hazırlaşır
-
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
-
Türkanın makiyajsız halı müzakirələr yaratdı - VİDEO
-
Donald Tramp İlham Əliyevə təşəkkür etdi
-
Qriqoryan: Vaşinqton razılaşması "böyük və tarixi uğurdur
-
Lökbatandakı yanğında xəsarət alanların son vəziyyəti
-
Sürücü şəkər koması keçirdi - avtomobil havada uçdu - ANBAAN VİDEO
-
İndi də Ramiz Mehdiyevin Nabrandakı villasının görüntüləri yayıldı - VİDEO
-
Prezident Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - FOTO
-
Futbol verilişində serialı MÜZAKİRƏ ETDİLƏR - VİDEO
-
Dekabrda həyatları dəyişəcək BÜRCLƏR
-
Azərbaycanlı deputatın direktor bibisi həbs olundu - FOTO
-
“Yeni il” üçün bəzədiyi evinin açılışını qonşularla etdi - VİDEO
-
Binəqədidəki partlayışda yaralananların vəziyyəti AÇIQLANDI
-
"Ərimə evlilik üzüyü taxdıra bilmirəm"
-
Türkiyəli məşhur aktyor avtomobil qəzasına düşdü
-
Tramp dünya çempionatında kimi qalib görür?
-
Bakıda bu yola da "sarı tor" çəkildi
-
QR kod vasitəsilə ödəniş edilməsi qaydaları təsdiqləndi
-
"iPhone 17 Pro"dan həmin funksiya silindi - FOTO
-
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO





