"Bavariya" klubunun müdafiəçisi David Alaba ardıcıl ikinci dəfə Avstriyanın ən yaxşı idmançısı seçilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Alaba Soçi Olimpiadasının gümüş mükafatçısı Marsel Hirşeri 1 səs qabaqlayıb.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm "Bavariya"nın heyətində keçirdiyi 40 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az