Almaniya Kubokunda dünən keçirilən "Hamburq" - "Bavariya" matçında meydan sahiblərinin azarkeşlərindən biri meydana daxil olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, həmin azarkeş Münhen təmsilçisinin yarımmüdafiəçisi Frank Riberinin yanına gedib və şərfi ilə onun üzünə vurub. Mühafizəçilərin müdaxiləsindən sonra həmin azarkeş meydandan uzaqlaşdırılıb.
Milli.Az