Mahmud Qurbanov: "Onun necə futbolçu olduğunu yaxşı bilirəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Azərbaycan yığmasının baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edən Mahmud Qurbanovun apasport.az saytına müsahibəsini təqdim edir
- "Elazığspor"da forma geyinən Cavid İmamverdiyevi izləmək üçün Türkiyəyə yollanmışdınız. Onun komandasının "Samsunspor"a qarşı keçirdiyi matça baxdınız. Bu futbolçu haqqında sizdə hansı fikirlər yarandı?
- Cavid həmin qarşılaşmada cəmi 46 dəqiqə meydanda oldu. Normal çıxış etdi. Çoxdandı Cavidin necə oynadığını görməmişdim. Hiss olunur ki, bu futbolçuda irəliləyiş var. Mən gördüyüm matçda yaxşı çıxış etdi.
- Yəni, gənc yarımmüdafiəçinin oyunu sizi razı saldı...
- Razı saldı deyəndə ki, çoxdan görmədiyim üçün onu izləmək istəyirdim. İmamverdiyev haqqında tam qərarı qarşıdakı günlərdə verəcəyik. İndi nəsə demək düzgün olmaz.
- Qardaş ölkəyə yenə də belə səfərləriniz reallaşacaq? Türkiyənin I dəstəsində oynayan digər futbolçularımız - Vaqif Cavadov, Mahir Şükürov və Rəhman Hacıyevi izləyəcəksiniz?
- Mahir Şükürov və Vaqif Cavadov haqqında məlumatımız var. Onlar İtaliya və Xorvatiyaya qarşı oyunları çıxsaq, həmişə milliyə dəvət alıblar. Amma Cavid İmamverdiyev haqqında heç nə bilmirdik. Ona görə də təkcə bu futbolçunu izlədim. Qarşıda hələ oyunlar var. Çalışacağıq ki, növbəti matçları da izləyək.
- Türkiyənin aşağı dəstəsində və Superliqada yığmamızda çıxış edən legionerlər oynayır. Məsələn, "Manisaspor"da Branimir Subaşiç, "Qazientep BB"də Ufuk Budak və "Sivasspor"da Cihan Özkara top qovur. Bu futbolçuların oyunlarına baxmaq fikriniz var?
- Onların yığmada oynamaq şansı var. Millinin qapısı onların üzünə açıqdı. Yəqin ki, bu oyunçuların da çıxışını izləyəcəyik.
- Bir müddət öncə demişdiniz ki, Dimitri Nazarovdan başqa yığmaya milliləşdirilmiş futbolçu dəvət etməyəcəksiniz...
- Yox, kimisə ayırmaq fikrim yoxdu. Hansı futbolçular özlərini yaxşı tərəfdən göstərəcəksə, yığmanın formasını geyinəcək. Heyət açıqlananda hər şeyi görəcəksiniz.
- Millinin heyətində yeni simalar görə biləcəyik?
- İndidən nəsə demək çətindi. Yeni simalar ola da bilər, olmaya da. Mən heyəti sizə deyə bilmərəm.
- "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov sabit çıxış etsə də, Berti Foqts onu yığmaya dəvət etmirdi. Siz onun haqqında nə düşünürsünüz?
- Mən Rəşadla bir yerdə oynamışam və onun necə futbolçu olduğunu yaxşı bilirəm. Amma yenə deyirəm ki, bu barədə suallarınıza cavab tapmaq üçün heyətin açıqlanmasını gözləyin.
- Sabah Topaz Premyer Liqasında X turun oyunları keçiriləcək. Hansı qarşılaşmaları izləmək fikriniz var?
- Hələ dəqiqləşdirməmişəm. Maraqlı oyunlar var. Seçib baxacağıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





