Qurban Qurbanov və "Qarabağ"ın uğurları onlarda niyə nifrət yaradır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurban Qurbanovun və "Qarabağ"ın getdikcə artmaqda olduğu uğurunu, əldə etdiyi nailiyyətləri çoxlarının gözü götürmür. Hərə buna bir "mız" qoyub, üzünü o yana çevirir. Azərbaycanın məşqçiləri, futbolçuları, futbol mütəxəssisləri arasında da "Qarabağ"a qarşı fərqli mövqe ortaya qoyanlar az olmadı. Bir çoxu bu uğurlara antipatiyanı dilə gətirdi. Belə olduqda ortaya maraqlı situasiya çıxır. "Qarabağ" Azərbaycan klubu deyilmi?! Onlar da bizdən deyillərmi?! Bizim üçün oynamırlarmı?! Bəs bütün bunlar nəyə görədir?!
Biz də Milli.Az olaraq, bu sualların cavabını tapmaq üçün elə üz tutduq bu işin başbilənlərinə.
Keçmiş "Komanda" qəzetinin, indi isə komanda.az saytının baş redaktoru Rəşad Ergün:
"Paxıllıq və qibtə etmək fərqli şeylərdir. Çox təəssüf ki, Azərbaycan insanında, Azərbaycan məşqçilərində birinci ikincini həmişə üstələyir. Sizə bir hadisəni danışım. "Komanda" qəzetində bir dəfə yerli məşqçiləri redaksiyaya toplayıb, geniş bir müzakirə aparmaq istəyirdik. Əksəriyyəti bir yerə toplaşmaqdan imtina etdi. Səbəb kimi də bunu göstərdilər ki, "o məni istəmir, üzümə gülür, amma daldada ayağımın altını qazır". Təəssüf ki, Qurban Qurbanova qibtə edənlərdən çox, paxıllığını çəkənlər var. Paxıllıq hissi isə insanı ən pis şeylərə vadar edə bilər. Məhz həm də bu üzdən biz Qurbanovun milliyə gəlməsini istəmirik. Şahin Diniyevə necə "torba tikilmişdisə", eynisini Qurbanov da yaşaya bilər. Öndə gedənə baxıb, onun kimi olmaq yoxdur bizdə. Öndə gedənin ayağından çəkib, öz gününə salmaq var. Qurban Qurbanov özünü bəzi yerli məşqçilərdən qorumalıdır. Məsələn, mən Böyükağa Hacıyevin Qurbanova uğur arzulamasında zərrə qədər də səmimilik görmürəm. Hamısı boğazdan yuxarı təbriklərdir. Qurban Qurbanov bütün bunlara fikir verməməlidir. O, azərbaycanlı məşqçilər üçün yox, Azərbaycan xalqı üçün yoluna davam etməlidir".
Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov: "Qısqanclıq bizim təfəkkürümüzdə kök salmış vərdişlərdən biridir. Mən istərdim ki, işin mənfi yox, müsbət tərəfini qabardım. Əgər məsələn, hansısa yerli məşqçi Qurbanovu qısqanırsa, bu onunçün həm faydalı ola bilər, həm zərərli. Əgər qısqanclıq paxıllığa dəyişilsə, geriyə gedəcəksən; yox, iddian artacaqsa, daha yaxşı nəticələri qazana bilərsən. Bizdə ikinci varianta rast gəlməmişəm. Məncə, Qurbanov buna fikir verməməlidir. Əslində, fikir versəydi, bu yerə gəlib çata bilməzdi".
"Futbol+" qəzetinin əməkdaşı Tahir Mirzə Turansoy: "Məncə, hər bir insan öz səviyyəsini nümayiş etdirir. Bir adamın qanında paxıllıq varsa, o düzəlməyəcək və nə vaxtsa büruzə verəcək. Həmin adamlar üçün Azərbaycanın uğuru yox, fərdi uğur önəmlidir. Özünün gündəmə gəlməsini istəyir, ölkəsinin yox".
Niyaməddin Şirinov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





