İdman

"V1 Challenge Azerbaijan" yarışında iştirak edəcək avtomobillərdən biri Park Bulvarda nümayiş etdirilir - FOTO

27 Sentyabr 2014 15:10
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən oktyabrın 11-də Bakı Kristal Zalında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək "V1 Challenge Azerbaijan" yarışında iştirak edəcək avtomobillərdən biri Park Bulvarda nümayiş etdirilir.

Trend-in məlumatına görə, maraqlananlar avtomobilə baxa, şəkil çəkdirə bilərlər.

Qeyd edək ki, yarışda Azərbaycan və digər ölkələrdən 10-dan artıq pilot iştirak edəcək.

Tamaşaçılar şouda peşəkar pilotların birincilik uğrunda mübarizəsi ilə yanaşı, maraqlı tryuklarla dolu anların da şahidi olacaqlar.

Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə Bakı şəhərində yarış avtomobillərinin yürüşü keçiriləcək.

Məşhur "Voca People" qrupu da "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousunda səhnəyə çıxacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.