İdman

Qurban Qurbanov: ""Zalsburq" "Borussiya"nı xatırladır"

30 İyul 2014 09:47
0 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" komandası III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Avstriya çempionu "Zalsburq"la qarşılaşacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyun öncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 

- Ciddi rəqibə qarşı oynayırıq. Hamımız üçün maraqlı oyun olacaq. Çalışacağıq ki, sürətli, mübariz bir futbol göstərək. Rəqibin Avropa təcrübəsi çoxdur. Ancaq biz də yaxşı hazırlaşmışıq. Sabah bunun şahidi olacaqsınız.

- Bu gün "Qarabağ"ın məşq etməməsinin səbəbi nədir?

- Qərara gəldik ki, bu gün komandaya istirahət verək. Sabah yüngül məşq edəcəyik.

- Rəqib komanda iki oyuna 11 qol vurub. Bu onu göstərir ki, "Zalsburq" çox güclüdür. Bu komandaya qarşı alternativləriniz var?

- Demək olar ki, bir həftədir rəqibi analiz edirik. Düşünürəm ki, səhv etməmişik. Həqiqətən çox sürətli bir komandaya qarşı oynayacağıq. Onlar tez bir zamanda rəqibin cərimə meydançasına daxil olmaq istəyir və bunu bacarırlar. Ancaq bizim də hücumumuz və sürətimiz onlardan az olmayacaq. Çalışacağıq ki, rəqibin güclü tərəflərini bağlayaq və zəif cəhətlərindən istifadə edək.

- Maksim Medvedyev, Reynaldo Silva və Rəşad Sadıqovun durumu necədir?

- Hər biz futbolçumuz komanda ilə məşq edir. Hər biri optimal formasını yığmağa başlayıb.

- Siz həmişə rəqibi ətraflı analiz edirsiniz. Bu dəfə necə, "Zalsburq"u tam öyrənə bilmisiniz?

- İstədiyimiz qədər vaxtımız olmadı. Yeni baş məşqçi gəldikdən sonra "Zalsburq" daha aqressiv oynayır. "Zalsburq"un oyununu Avstriyada izləyən Elçin Rəhmanov da bizə müəyyən məlumatlar verdi.

- Hazırkı "Qarabağ"ı "Borussiya" ilə oynayan "Qarabağ"la necə müqayisə edərdiniz?

- Bu gün oyunçularımızın ustalıq səviyyəsi daha yaxşıdır. Futbolçularımız daha təcrübəlidirlər. Rəqibimiz də daim güclü rəqiblərə qarşı oynayıb. Düşünürəm ki, "Zalsburq"un bir neçə futbolçusu yaxın illərdə Avropanın ən güclü klublarında çıxış edəcək. "Zalsburq" bizə "Borussiya"nı xatırladır. Düşünürəm ki, futbolçularımız rəqibin qarşısını almağı bacaracaqlar.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.