İdman

Lionel Messi: "Bu problemə bir əncam çəkmək lazımdır"

8 Mart 2014 18:27
5 Şərh     Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina millisinin hücumçusu Lionel Messi Rumıniya ilə yoldaşlıq görüşündə meydana qusmasına münasibət bildirib.
 

Qol.Az-ın məlumatına görə, "İnside Spanish Football"a danışan "Barselona"lı futbolçu səhhətində müəyyən problemin olduğunu etiraf edib:
 

"Mən artıq bir neçə dəfə həkim müayinəsindən keçmişəm. Ancaq nələr baş verdiyini hələ də anlamıram. Bəllidir ki, səhhətimdə müəyyən problem var. Oyun zamanı, məşqlərdə və evdə gözlərim yaşarır. Lakin tezliklə keçib gedir. Artıq bu problemə bir əncam çəkmək lazımdır".
 

Qeyd edək ki, Messi Argentina - Rumıniya matçında (0:0) 3 dəfə meydana qusmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.