Türkiyə

Mərmərədə 291 afterşok qeydə alındı

25 Aprel 2025 00:13
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərmərə dənizində Silivri sahilində 6,2 maqnitudalı zəlzələdən sonra 291 afterşok qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin Mərmərə dənizində baş vermiş zəlzələ ilə bağlı yazılı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, onların əksəriyyəti zəif olub və saylarının azalması tendensiyası müşahidə olunur.

Xatırladılıb ki, aprelin 23-dəki yeraltı təkanın maqnitudası 6,2 təşkil edib. Episentr Silivri yaşayış məntəqəsindən təxminən 24 kilometr məsafədə yerləşib.

"Zəlzələ zamanı İstanbulun cənub sahillərindəki yaşayış məntəqələri 5 şiddətinə uyğun gələn aşağı təkanlarla silkələnib. Uzun müddətdir davam edən risk azaltma işlərinin də töhfəsi ilə, zəlzələ struktur zərərə səbəb olmamış və insan itkisi yaşanmayıb", - bəyanatda deyilib.

Eyni zamanda, bəyanatda postseysmik aktivliyə xüsusi diqqət yetirilir: "Əsas təkandan sonra 291 afterşok qeydə alınıb. Onlardan 283-ü 3,9 və daha aşağı maqnitudada, əksəriyyəti 3-dən aşağı olub. Cəmi 8 afterşok 4 maqnituda həddini keçib".

AFAD-a görə, son 28 saat ərzində 4 saatlıq intervallarda afterşokların tezliyinin təhlili davamlı azalma tendensiyasını göstərir. Yeraltı təkanların yaxın həftələr ərzində sönəcəyi gözlənilir.

Bəyanatda həmçinin vurğulanıb ki, zəlzələ nəticəsində sərbəst buraxılmış enerji trotil ekvivalentində 30 kilotondan çox təşkil edib ki, bu da 2019-cu il sentyabrın 26-da eyni bölgədə baş vermiş 5,8 maqnitudalı zəlzələnin göstəricilərindən təxminən dörd dəfə çoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.