İdman

"Arda Gülerdə "Real"ın bu ulduzunun DNT-si var"

24 Aprel 2025 17:15
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "AS" qəzetində çalışan tanınmış jurnalist Tomas Ronkero La Liqanın son turunda "Xetafe" üzərində əldə edilən qələbədə əsas rol oynayan Arda Güler haqqında yüksək fikirlər səsləndirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Real Madrid"in kritik səfər oyununda qalib gəlməsini və bu qələbədə Arda Gülerin qolunun həlledici rol oynadığını vurğulayıb:

"Güler Quti-nin DNT-sinə sahibdir. Daha davamlı və müntəzəm oynamağı öyrənsə, 'Real Madrid' üçün çox önəmli bir futbolçuya çevriləcək".

Ronkero "Xetafe"nin baş məşqçisi Bordalasın rəhbərlik etdiyi komandanın meydanında oynamağın "diş həkiminə getmək kimi əsəbi və çətin" olduğunu qeyd edib. O, bu mövsüm "Kollezium" stadionunda yalnız "Real Madrid"in qələbə qazandığını xatırladaraq komandanın uğurunu xüsusi vurğulayıb.

Oyunla bağlı təəssüratlarında jurnalist həmçinin Kurtuanın son dəqiqələrdəki vacib qurtarışlarını və Kamavinqmanın yaşadığı narahatedici zədəyə də toxunub. "Real"ın çempionluq mübarizəsini davam etdirməsi üçün bu 3 xalı qazanmasının önəmini vurğulayan Tomas 11 may tarixində "Montjuik"də keçiriləcək El Klasiko oyununa da diqqət çəkib.

Ronkero Arda Gülerin yüksək potensialından bəhs edərək, onun daha çox istəkli və fədakar olmasının vacibliyini bildirib:

"Mən Gülerə qarşı bəzən çox tələbkar oluram, çünki o qədər istedadlıdır ki, daha artıq verməlidir. Amma 'Xetafe' qarşısında biz ondan gözlədiyimizi gördük. Xüsusən də ilk hissədə oyunun hakimi idi və vurduğu qızıl qolla qalibiyyəti təmin etdi".

Jurnalist  "Real Madrid"in qalan 5 oyundan maksimum 15 xal toplaması halında çempionluğa çox yaxın olacağını da sözlərinə əlavə edib.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.