Tələbələrin arzuları Çin olur - Yeni universitet yaradılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan və Çin arasında birgə universitetin yaradılması ölkənin ali təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu əslində son illərdə Azərbaycanda beynəlxalq əməkdaşlığa əsaslanan universitetlərin yaradılması tendensiyasının davamıdır. Hazırda ölkəmizdə Türkiyə-Azərbaycan Universiteti, ADA Universiteti nəzdində İtaliya-Azərbaycan Universiteti və Fransız-Azərbaycan Universiteti (UFAZ) uğurla fəaliyyət göstərir. Statistikaya nəzər salsaq, bu tip ikili diplom proqramları və birgə təhsil müəssisələri Azərbaycan ali təhsil sektorunda beynəlxalq rəqabətə çıxmaq və müxtəlif ölkələrin qabaqcıl təhsil təcrübələrini ölkəmizə gətirmək məqsədi daşıyır".
Milli.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, Çin universitetləri son illərdə beynəlxalq reytinqlərdə ciddi yüksəliş nümayiş etdirir. 2024-cü ilin QS World University Rankings nəticələrinə görə, Pekin Universiteti (Peking University) və Tsinghua Universiteti Asiyada ilk yerləri tutur və dünyada TOP 20-likdə qərarlaşır. Ümumilikdə isə Çin universitetlərinin sayı 3000-dən çoxdur və hər il on minlərlə xarici tələbə qəbul edilir. Çin ali təhsilinin inkişafı, xüsusilə elmi tədqiqat, texnologiya və mühəndislik sahələrində dünya miqyasında nüfuz qazanıb. Hazırda Çin universitetləri beynəlxalq nəşrlərin sayına, ixtiralarına və patentlərinə görə ABŞ, Böyük Britaniya və Almaniya universitetləri ilə rəqabət aparır:
"Azərbaycanda Çin-Azərbaycan Universitetinin açılması ilk növbədə ölkəmizə Çin təhsilinin elmi potensialı, yeni texnologiyaların və innovativ tədris metodlarının gətirilməsi deməkdir. Bu universitet Çin dili, mədəniyyətinin, texnologiyasının, iqtisadiyyatının öyrənilməsi üçün unikal imkanlar yaradacaq, tələbələrin həm Asiya, həm də Avropa təhsil standartlarına çıxışını təmin edəcək. Bundan əlavə Çin-Azərbaycan Universiteti iqtisadi, ticarət, mühəndislik, informasiya texnologiyaları və logistika sahələrində yeni kadrların hazırlanmasında mühüm rol oynayacaq. Nəzərə alsaq ki, Çin artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından birinə çevrilib və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində regionun strateji tərəfdaşıdır, bu universitet yalnız təhsil deyil, iqtisadi əməkdaşlığın da inkişafına təkan verəcək.
Dünyada belə birgə universitet nümunələri az deyil. Məsələn, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO) və Çin universitetlərinin, həmçinin Sinqapur Texnologiya və Dizayn Universiteti ilə MIT (ABŞ) arasında birgə layihələr uğurla reallaşdırılıb. Rusiyada Moskva-Cənub-Çin Universiteti, Fransada Çin-Fransa Universiteti kimi layihələr də var. Bu modellər bir qayda olaraq hər iki ölkənin təhsil proqramlarının sintezi, müəllim mübadiləsi, ikili diplom, tələbələrin qarşılıqlı təcrübə proqramları ilə xarakterizə olunur və məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini xeyli artırır".
Ekspert qeyd edib ki, Azərbaycan üçün Çin universiteti ilə birgə qurulan ali məktəb yeni bilik və texnologiyaların transferi, gənclərin dünya elminə inteqrasiyası və Asiya bazarına çıxış imkanlarının genişlənməsi baxımından mühüm mərhələ olacaq.
"Əsas üstünlüklər kimi Çinin yüksək reytinqli təhsil standartları, elmi-tədqiqat potensialı, sənaye və texnologiya sahəsində təcrübəsi, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi üçün yeni peşəkar mühitin formalaşması göstərilə bilər. Bu addım Azərbaycanın təhsil sektorunda yeni nəfəs, regionda isə strateji innovasiya və təhsil mərkəzinə çevrilməsi istiqamətində ciddi imkanlar yaradacaq".
Aysel Əkbər
Milli.Az
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





