Müğənni Rahidə Baxışovaya efirdə evlənmə təklifi edilib.
Milli.Az bildirir ki, həmin anlar sənətçinin qonaq olduğu "El canlı" verilişində yaşanıb.
Proqramın aparıcısı Elcan Rəsulov bildirib ki, Türkiyədən bir şəxs Rahidə ilə ailə qurmaq istədiyini yazıb.
Onun bu təklifinə isə Baxışova gülərək "Yox" cavabını verib.
Qeyd edək ki, Rahidə Baxışova iki dəfə ailəli olub, boşanıb. Onun birinci evliliyindən bir oğlan, ikinci evliliyindən isə Zahra adında bir qız övladı var. Müğənninin övladları arasında 12 yaş fərqi var. (olay)
Milli.Az